23 Dekabr 2024

Bakı separatçıları əzib keçəcək – Xankəndidə vəziyyət necədir?

“Qarabağda “müdafiə ordusu” (separatçıların terror dəstələri – red) Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyəcək”.

Musavat.com Publika.az-a istinadla xəbər verir ki, bu barədə hərbi analitik Mher Akopyan erməni ordusunun qalıqlarının Qarabağdan çıxarılması perspektivindən danışarkən deyib.

Onun sözlərinə görə, müharibədən əvvəl və sonra bir sual həmişə aktul olub: Ermənistan və “dqr” Azərbaycanın hücumuna tab gətirmək gücündədirmi?

“Baş verənlər göstərdi ki, bu mümkünsüzdür. İndi Ermənistan öz ordusunu oradan çıxarır, əslində Ermənistandan olan çağırışçıların sonuncu dəfə 2020-ci ilin yayında bölgəyə göndərildiyini nəzərə alsaq, aydın olur ki, artıq onlar geri qayıdıblar və yerlərini dolduran olmayıb. Müharibədən sonra bu boşluq daha da dərinləşib. Deyək ki, Qarabağda 100 min erməni əhalisi var (real rəqəm 30 minə yaxındır – red), ən yaxşı halda bunun 10-12 faizi hərbi xidmət edə bilər. Bu qüvvə ilə Azərbaycanın qarşısında dayanmaq mümkün deyil”, – deyib.

Akopyan Qarabağda separatçı-terrorçu rejimin qondarma “müdafiə ordusu”nun formal xarakter daşıdığını bildirib.

Media1.az