01 İyul 2025

BƏRDƏnin 10 SAYLI UŞAQ BAĞÇASINDA UŞAQLARI SEVİNDİRMƏK ÜÇÜN GÖZƏL BAYRAM ŞƏNLİYİ TƏŞKİL OLUNUB-VİDEO

Media1.az xəbər verir ki, Bərdə  rayonunda yerləşən 10 saylı uşaq bağçasında Novruz şənliyi keçirilib. Bayram şənliyinin necə keçirildiyini görmək üçün əməkdaşımız adı çəkilən bağçada olub. 

Bağçaya daxil olarkən əsl bayram əhval-ruhiyyəsini hiss olunur. Bayram libaslarında olan uşaqlar böyük sevinclə öz çıxışlarını gözləyirdilər. 

Balacaların çıxışlarından öncə Baxçanın tərbiyıçisi Nilufər Qurbanlı Novruz bayramı münasibətilə fidanları təbrik edərək tədbirə başladı.

Yallı rəqsi ilə tədbirə başlayan  uşaqlar hazırladıqları bayram şeirlərini sıra ilə söylədilər. Bundan başqa, uşaqlar bir-birindən gözəl rəqslər də nümayiş etdirdilər.  Bayramın sonuna yaxın  zala Arşın mal alan obrazından Əsgəri  təşrif buyurdu. Onun gəlişi isə uşaqların sevincini daha da artırdı. 

Bağçanın direktoru Leyla Məmmədova  bizimlə söhbətində Azərbaycan xalqını təbrik edərək bildirdi: “Biz bağçamızda nəinki Novruz bayramını, bütün bayramları keçiririk. Bundan əvvəl olan bayramlar da yüksək səviyyədə keçirilib”.   

Şənlikdə Novruza xas olan bütün atributlar var idi. Bu isə uşaqların sevincinə səbəb oldu.

Sonda Leyla Məmmədova onu da qeyd etdi ki, ötən il pandemiya ilə  əlaqədar olaraq  fəailiyət göstərə bilməyiblər ,bu səbəbdən də uşqları sevindirmək üçün daha gözəl bayram şənliyi təşkil ediblər.