23 Dekabr 2024

Bərdədə ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb

Polis vətəndaşla izahedici söhbət aparıb və o, yaşadığı ünvana qaytarılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı  aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Media1.az-a verilən məlumata görə,  rayon sakini Əlvanə Məmmədovaya koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

Ə.Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.