08 Sentyabr 2024

Bərdədə Beynəlxalq Yer Gününə həsr olunmuş onlayn konfrans keçirilib

Musa Muradlı, Media1 Azərbaycan

Hər il bütün dünyada 22 aprel Yer Günü kimi qeyd olunur.

Media1.az xəbər verir ki, bu gün münasibətilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı , Ekoloji İnformasiya İB-yi və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi birgə onlayn konfrans təşkil ediblər.

Tədbirdə Bərdə rayon Gənclər və İdman İdarəsinin, Şəhid Alı adına 5 saylı Bərdə şəhər Tam Orta Məktəbin, Lənkəran Dövlət Universtitetinin, Ağcabədi Pedeqoji Kollecinin əməkdaşları və Tərtər rayon Bələdiyyəsinin sədri Tünzalə Vəliyeva iştirak ediblər.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, Ekoloji İnformasiya İB-nin sədri Musa Muradlı, şəhid Alı adına 5 saylı Bərdə şəhər Tam Orta Məktəbin müəllimi Azər Əliyev, Lənkəran Dövlət Universtitetinin tələbəsi Sevinc Kərimova,  9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Tərtər rayon Bələdiyyəsinin sədri Tünzalə Vəliyeva mövzu ilə bağlı maraqlı çıxışlar ediblər.

Onu da qeyd edək ki, onlayn konfransın möderatoru Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının sədri Sabir Hümbətzadə olub.