AzTV-nin aparıcısı ölkədən getdi – FOTO

AzTV-nin aparıcısı Leyla Ağayeva Azərbaycandan köçüb.
Media1.az xəbər verir ki, aparıcı bundan sonra ABŞ-da yaşayacağını bildirib.
Qızı ilə hava limanından görüntülərini paylaşan Leyla bunları yazıb:
“Heç kim bilmir sonuncu xudahafiz nə vaxtdır. Allah heç kimə sonuncu sağollaşmanı yaşatmasın. Nəhayət “One way ticket, baby” (Birtərəfli bilet)… ABŞ, Vaşinqton”.
Qeyd edək ki, Leyla AzTV-də xəbərlər və “Gəncsən” proqramlarının aparıcısı olub.

