24 İyun 2024

Aztəminatlı ailələrdən olan qadınların özünüməşğulluğuna dəstək

“Regionlarda sosial müdafiə hüquqlarına çatımlılığın yaxşılaşdırılması“ təşəbbüsü çərçivəsində Ağdam və Tərtərdə aztəminatlı ailələrdən olan bir qrup qadın üçün özünüməşğulluq imkanları yaradılıb. Hər iki bölgədə gəlirsiz, aztəminatlı, övladlarını təkbaşına böyüdən və digər ehtiyac qruplarından olan 8 qadının öz biznesinə başlamasına yardım üçün avadanlıq və ləvazimatlar verilib.
Daha öncə “Öz biznesinə başla“ konsepsiyasına uyğun təlimlərə cəlb edilən 31 iştirakçı arasından ailə vəziyyəti, ehtiyaclar, şəxsi motivasiya və bacarıq meyarlarına görə seçilmiş 3 qadına dərzilik, 1 qadına şirniyyat, 4 qadına isə gözəllik salonu avadanlıqları və ləvazimatları təqdim olunub. Sənaye tipli tikiş maşını, buxarlı ütü və digər dərzi ləvazimatları alan qadınlara mütəxəssislər tərəfindən avadanlıqlardan istifadə qaydalarına dair təlim keçirilib. Öz sahələrində səriştə və bacarıqlarını təkmilləşdirməyə ehtiyacı olanlar müxtəlif peşə kurslarına istiqamətləndirilib. Ağdamın və Tərtərin müxtəlif kənd və qəsəbələrində yaşayan bu qadınlar əsasən öz yaşadıqları mənzillərində məşğul ola biləcəyi iş sahələri seçiblər və yaxın həftələrdə iş şəraitinin qurulması üçün digər addımları atacaqlar.
Təşəbbüs çərçivəsində “Öz biznesinə başla“ təlimlərinə cəlb edilmiş digər iştirakçılara öz seçimlərinə uyğun sahələr üzrə biznes planların hazırlanmasında və təkmilləşdirilməsində dəstək verilib ki, burada da məqsəd onların gələcəkdə dövlət özünüməşğulluq proqramında uğurlu iştirakını təmin etməkdir. İndiyədək 6 qadına dövlət özünüməşğulluq proqramına qoşulması üçün texniki və məsləhət yardımı göstərilib və qeydiyyatı tamamlanıb.
İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İB-nə məxsus “Regionlarda sosial təminat hüququna çatımlılığın yaxşılaşdırılması“ təşəbbüsü Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “PI Consulting“ MMC-nin dəstəyilə icra edilir.