08 Sentyabr 2024

“Azpetrol” şirkəti Türkiyəyə 120 min dollar ianə etdi

Qardaş ölkə Türkiyənin bir neçə şəhərində baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə dəstək məqsədilə “Azpetrol” şirkəti Türkiyənin yardım fonduna 120 min dollar ianə edib.

Bu barədə “İki sahil” şirkətə istinadən xəbər verir.

“Şirkətimiz adından həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edir”, – məlumatda qeyd olunur.