23 Dekabr 2024

Azərbaycanlı tələbələr Türkiyəyə qayıdacaqmı?

Ekspertlər deyir ki, azərbaycanlıların buradakı universitetlərə köçürülməsi ilə bağlı hər hansı problem yoxdur, amma…

“Zəlzələ nəticəsində daha çox dağıntıya məruz qalan bölgələrdə təhsil alan tələbələrin sayı çoxdur”. Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib. O bildirib ki, zəlzələnin təsirinə az məruz qalan iki vilayət – Mersin və Elazığda təhsil alan tələbələrimiz var: “Amma orada da bizim tələbələrimiz çoxdur. Təxminən 700-800 tələbəmiz də həmin vilayətlərdədir. Zəlzələ baş verən bölgədə olan tələbələr – Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada 136 azərbaycanlı tələbə təhsil alır”. Təəssüf ki, bu açıqlamadan bir neçə gün sonra 4 azərbaycanlı tələbə dağıntılar altından çıxarıldı. Son ana qədər sağ ola biləcəkləri düşünülsə də, möcüzə baş vermədi. Azərbaycan 4 gənci ilə vidalaşmalı oldu.

Türkiyədə fevralın 6-da baş vermiş zəlzələdən sonra cəmiyyəti düşündürən suallardan biri azərbaycanlı tələbələrin təhlükəsizliyidir. Təbii fəlakət və yaxud qeyri-səbəbdən zərər görə biləcək tələbələrlə bağlı narahatlıqlar yaranıb. Türkiyədə təhsilin distant formaya keçirilməsi də birmənalı qarşılanmadı, çünki pandemiya dövrü bitdikdən sonra bu metodun qənaətbəxş olmadığı bəlli olmuşdu. Bəs bu vəziyyət azərbaycanlıların Türkiyədə təhsil almaq istəyini əngəlləyəcəkmi? Onlar yenidən Türkiyəyə qayıdacaqmı?

Elm və təhsil naziri Emin Əmrullayev ötən il açıqlamışdı ki, Türkiyədə təhsil alan azərbaycanlıların sayı günü-gündən artır: “Biz həmçinin Türkiyə Təhsil Nazirliyi ilə birgə layihələr həyata keçiririk. Dövlət proqramı çərçivəsində tələbələr iki ölkədə təhsil ala biləcəklər. Bu il yenidən Türkiyə tələbələrini ölkəmizdəki universitetlərdə qarşılaya biləcəyik. 26 mindən çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır”, – deyə nazir vurğulayıb.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov 

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a mövzunu şərh edərkən qeyd etdi ki, məsələyə qlobal yanaşma olmalıdır. C.Məmmədov hesab edir ki, ilk növbədə azərbaycanlıların xaricdə təhsilə üstünlük vermələrinin səbəbləri araşdırılmalıdır: “Bu gün Azərbaycandan xaricə axının bir neçə səbəbi var: Azərbaycanda təhsilin keyfiyyətinin və məzmunun yüksək səviyyədə olmaması, təhsil haqlarının aşağı olması və s. Türkiyədə təhsil alan azərbaycanlılar ilk semestrin imtahanını verib, tətil üçün Azərbaycana qayıtmışdılar. Dərsliklərin bir hissəsi orada qalıb. Türkiyəyə qayıtmaqda çətinlik çəkən tələbələrlə bağlı  Elm və Təhsil Nazirliyi müəyyən araşdırmalar aparmalı, qərarlar qəbul etməlidir. Tələbələrin Azərbaycana köçürülməsi uzun prosedurdur. Məsələn, attestatla Türkiyədə təhsil alan tələbələr var. Vəziyyət ciddi araşdırılmalıdır. Bundan başqa, gediş haqlarının baha olması tələbələr üçün çətinlik yaradır. Tələbələrə müəyyən güzəştlərin edilməsi barədə düşünməliyik. Dünya təcrübəsində bu növ güzəştlər nəzərdə tutulur. Bütün hallarda ənənəvi təhsili distant təhsillə müqayisə etmək olmaz. Ənənəvi təhsilin keyfiyyəti daha yüksəkdir. Narahatlıqların aradan qaldırılması üçün aidiyyəti qurumlar təhlillər aparmalıdır”.

İlqar Orucov AMEA barədə: son 6 il ərzində ciddi tənəzzülə uğramışdı -  30.12.2019, Sputnik Azərbaycan

İlqar Orucov

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucovun fikrincə, insanların narahatlığı başadüşüləndir. Ekspert Türkiyədə təhsil almaq istəyənlərin sayında azalma olacağını düşünmür: “Zəlzələ baş verən bölgələrə təhsil üçün üz tutanların sayında azalma müşahidə oluna bilər. Təhsil sistemində fasilənin yaranması, distant təhsilə keçid isə xoşagələn hal deyil, lakin təbii fəlakət gözlənilmədən baş verir. Bunu öncədən proqnozlaşdırmaq mümkün deyil. Mən də ənənəvi təhsilin tərəfdarlarındanam. İndiki şəraitdə isə təhsildə fasilənin olmaması üçün ən uyğun variant distant formadır. Düşünürəm ki, Türkiyə universitetləri məhz bu variantı seçəcəklər”.

İ.Orucov hesab edir ki, Türkiyədə çox sayda dövlət və özəl universitet var. Ekspert qeyd etdi ki, azərbaycanlıların buradakı universitetlərə köçürülməsi ilə bağlı hər hansı problem yoxdur: “Köçürülmənin konkret vaxtı və müddəti var. Azərbaycanlı tələbələrin köçürüləcəyini düşünmürəm. Bu, şəxsi seçimə bağlıdır. Təhsilini Azərbaycanda davam etdirməkdə maraqlı olan tələbələr üçün şərait yaradıla bilər”.

Kamran Əsədov nazirliyi biabır etdi: “Ailə münasibətləri zəminində...“ Yeni  Sabah

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki,  Azərbaycandan kənarda təhsil alanların sayı təxminən 42 min nəfərdir. O qeyd etdi ki, azərbaycanlıların təhsil üçün seçdiyi ölkələr arasında Türkiyə ilk sıradadır: “Bunun ilk səbəbi Türkiyə universitetlərinə qəbul imtahanlarının asan, əlçatan olmasıdır. Ən vacib məqam isə Türkiyə ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin kifayət qədər yüksək olmasıdır. Universitetlərin yüksək reytinqi var, məzunlar əmək bazarının tələblərinə və müasir standartlara cavab verirlər. Bundan başqa, tədrisin dili, təhsil haqlarının aşağı olması, yataqxana ilə təminat, yaşayış xərclərinin minimal olması və s. Türkiyəni təkcə, azərbaycanlılar üçün deyil, digər ölkələrin gəncləri üçün də cəlbedici edir. Yeri gəlmişkən, Türkiyədə təhsil alan digər ölkələrin vətəndaşlarının sayı 185 min nəfərdir. Bu, kifayət qədər ciddi rəqəmdir”.

Ekspert hesab edir ki, dəhşətli zəlzələ nəticəsində ölənlərin sayının çox olması birmənalı şəkildə təhsil üçün Türkiyəyə üz tutmaq istəyənlərin sayına təsir göstərməyəcək: “Heç bir ölkə bədbəxt hadisələrdən, təbii fəlakətdən sığortalanmayıb. Bunun hər hansı şəkildə Türkiyədə təhsil almaq istəyən xarici tələbələrin fikrinə mənfi təsir edəcəyini düşünmürəm. Məsələn, Ukraynada 1 ildir müharibə gedir, amma hələ də Ukrayna universitetlərinə qəbul olan azərbaycanlılar var, dərslər onlayn keçilir. Türkiyədə bundan sonra mühəndislik işlərinin keyfiyyətli görülməsinə daha da diqqət ediləcək, təhlükəsizlik qaydalarına riayət olunacaq. Hər il Azərbaycandan ən azı 6 min nəfər öz vəsaiti hesabına Türkiyəyə təhsil almağa gedir. Azərbaycanlılar daha çox İzmir, Eskişəhər, Bolu, Çankaya, Çorum, İstanbulda təhsilə üstünlük verirlər. Bir sözlə, zəlzələ bölgəsində yerləşən universitetlər prioritet təşkil etmir. Ümumiyyətlə, proqnozlar göstərir ki, təbii fəlakətlər əcnəbi tələbələrin sayına ciddi təsir göstərmir”.