Azərbaycanlı kişi oteldə arvadını öldürdü
Norveçdə azərbaycanlı qətl törədib.
Media1.az lent.az-a istinadən bildirir ki, hadisə qaçqınlar üçün olan “Magic” otelində baş verib. 30 yaşlı ukraynalı qadın burada ağır yaralı halda tapılaraq, xəstəxanaya yerləşdirilib. Ancaq görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onu qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib. Hadisəni törədən şəxsin 30 yaşlı azərbaycanlı olduğu bildirilir.
Məlumata görə, cütlüyün bir övladı varmış.