23 Dekabr 2024

Azərbaycanlı gənclər “Türk Dövlətləri Təşkilatının IV Gənc Liderlər Forumu”nda iştirak ediblər

Türk ölkələrinin gənclər paytaxı elan olunmuş Buxara şəhərində “Türk Dövlətləri Təşkilatının IV Gənc Lider Forumu” keçirlib.

Forumun ilk günü açılış mərasimində Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxış edib, daha sonra “Sosial sahibkarlıq – Biznes və Media” mövzusunda ilk sessiya baş tutub. Sessiyada “Enactus Azərbayca”nın proqram direktoru Rəşad Zeynalov və blogger Jalə Ələkbərova spiker qismində iştirak ediblər.

Paralel olaraq “Mədəniyyət, incəsənət və idman” mövzusunda keçirilən sessiyada Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Cavanşir, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin üzvləri Nicat Səfərov, Əli Abdullazadə, Emil  Zadayev, həmçinin “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud çıxış ediblər.

Forum çərçivəsində Türk ölkələrindən gələn nümayəndələrlə birlikdə ağac əkilib və Buxara şəhərinin görməli və tarixi yerləri ziyarət edilib.

Forumun son gün isə türk ölkələrdən olan gənclərin Selçuk Bayraktarla görüşü keçirilib.

Forum 2021-ci ilin 20 sentyabrında Özbəksitanda keçirilmiş Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin beşinci iclasının qərarına əsasən təşkil edilib. 

Türk Dövlətləri Təşkilatının I Gənc Liderlər Forumu 2018-ci ildə Naxçıvanda keçirilib.