Azərbaycanın U-21 yığması Norveçə uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Media1.az xəbər verir ki, Milan Obradoviçin yetirmələri Norveçli həmyaşıdlarını qəbul edib.
“Bakcell Arena”da baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu 80-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub. Rəqibdən isə 4-cü dəqiqədə Yohan Hove və 53-cü dəqiqədə Osame Sahraui fərqləniblər.
Qeyd edək ki, hazırda Azərbaycan yığması A qrupunda 6 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Norveç isə 15 xalla Xorvatiya ilə birlikdə 1-2-ci yerləri bölüşdürürlər.