Azərbaycanda daha bir məktəb koronavirusa görə BAĞLANDI
Samux rayonunda koronavirus səbəbindən bir orta məktəb distant təhsilə keçib.
BAKU.WS-in xəbərinə görə, rayonun İnsititut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagirdi, 6 müəllimi və 1 texniki işçisində koronavirus infeksiyası aşkar olunub.
Qərara əsasən, məktəbdə əyani tədris 14 gün müddətinə dayandırılıb.
Məlumat üçün bildirək ki, məktəbdə 974 şagird təhsil alır. Tədris müəssisəsində 108 müəllim və 24 texniki işçi çalışır.
Media1.az