22 Dekabr 2024

Azərbaycanda daha bir azyaşlı qızılcadan dünyasını dəyişib

TƏBİB Şirvanda 12 yaşlı uşağın qızılcadan ölməsinə aydınlıq gətirib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirlib ki, 2011-ci il təvəllüdlü vətəndaş (kişi cinsli) ağır vəziyyətdə dekabrın 13-də saat 17:37 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə qəbul olunub. Ona qızılca, kəskin pnevmoniya, ensefalit, infeksion toksiki şok diaqnozları qoyulub və süni tənəffüs aparatına qoşulub.

Pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib, ətraflı müayinəsi üçün Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.

Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 22:25 radələrində ölüm qeydə alınıb.