Azərbaycanda bu balığın bir kilosu 120 manata satılır
Bu mövsümdə Nərə balığının qiyməti iki dəfə bahalaşıb.
Neftçala rayonundan Qaynarinfo-ya verilən məlumata görə, hazırda dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılan Nərə balığının bir kilosunun qiyməti 120 manata satılır. Əvvəlki illərdə isə bu balığın bir kilosunun qiyməti 60-70 manat arasında olub.
Satıcılar rayonda digər balıqların da bahalaşmasını bildirib. İlan balığının bir ədədini qiyməti 2-2.5, kütümün isə bir kilosunun qiyməti 15-20 manata satılır.
Bakıda balıq məhsullarının qiymətini öyrənmək üçün “Keşlə” bazarı ilə əlaqə yaratdıq. Satıcılar bu mövsümdə balığ məhsullarının bahalaşdığını dedilər. Hazırda bazarda Nərə balığının bir kilosu 120 manata satılır. Bazarda ən çox satılan balıq məhsulu “Ağ balıq”dır ki, onun da bir kilosu 38-40 manata satılır. Qızıl balığın isə bir kilosunun qiyməti 30 manatdır.
Qaynarinfo.az