23 Dekabr 2024

Azərbaycan təmsilçisi dünya çempionatında növbəti mərhələyə yüksəldi – FOTO

Martın 24-də Fransanın Monpelye şəhərində davam edən Fiqurlu Konkisürmə üzrə dünya çempionatında Azərbaycanı təmsil edən Vladimir Litvintsev qısa proqramda ilk çıxışını edib. 

Atletimiz 85.83 xal toplayaraq 30 idmançı arasında 13-cü yer tutub.

Topladığı xalların nəticəsinə uyğun olaraq Vladimir Litvintsev növbəti mərhələyə yüksəlib və martın 26-da sərbəst proqram üzrə çıxış etmək imkanı qazanıb.

Qeyd edək ki, martın 21-də start götürən Fiqurlu Konkisürmə üzrə dünya çempionatında Azərbaycan dörd idmançı – Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunur.

Martın 23-də qısa proqram üzrə çıxış edən Yekaterina Ryabova martın 25-də sərbəst proqramda öz bacarığını nümayiş etdirəcək. 

Aleksandr Kolosovskiy və Yekaterina Kuznetsova  isə martın 25 və 26-da qısa və sərbəst proqram üzrə çıxış edəcəklər.

Fiqurlu Konkisürmə üzrə dünya çempionatı martın 27-ə kimi davam edəcək.