19 Oktyabr 2024

Azərbaycan təhsilinə baş ucalığı gətirən xanım direktor Səfurə Hümbətova

Bərdə şəhər 3 saylı tam orta məktəbin direktoru Səfurə Hümbətova Bərdə təhsilinin uğurlu kollektiv rəhbərlərindəndir. Uzun illərdən bəri məktəb direktoru kimi rəhbər vəzifədə çalışan Səfurə Hümbətova həmişə istər rəhbərliyin, istərsə də kollektivin etimadını doğruldub.Valideyinlər də övladlarının bu məktəbdə oxumağından məmnundurlar. Heç şübhəsiz ki, bu da məktəbin rəhbərliyinə, müəllim kollektivinə, onun direktoruna olan rəğbətin göstəricisi sayıla bilər.

Hər səhər Bərdə şəhər 3 saylı tam orta məktəbin şagirdləri köhnə , şəraiti o qədər də əlverişli olmayan binanın həyətində Azərbaycan himnini səsləndirirdilər,onlarla hər gün təhsildəki uğurlarına görə sorğu-sual aparılar, nailiyyəti olanlar mükafatlandırılar, əlamətdar günlərin tarixindən danışılar, facilərimiz xatırlanardı. Bununla da şagirdlərə nəinki tək təhsil almaq , həm də bir şəxsiyyət kimi yetişmək, vətənpərvər olmaq, vətəni sevmək təşviq edilirdi .Ötən ilin 44 günlük müharibəsində də belə tərbiyyə almış gənclərimiz döyüş meydanında onlara aşılanan vətənpərvərlik nümunəsini özlərinin şəxsi şücaətlərinə çevirmiş oldular.Bir sözlə, belə ənənəni davam etdirən, yaşadan məktəb direktorlarından biri də Səfurə Hümbətova olmuşdur.

Hər il köhnə binasının yenilənməsi, yenidənqurulması ilə bağlı Səfurə xanım Hümbətova yuxarı təşkilatlara xahiş dolu müraciətlər ünvanlamış olurdu. Cavablar da qənaətbəxş olmayınca aydın pərişanlığı seçilirdi. Bir sözlə direktoru olduğu məktəbin qayğısına qalır, şagird və müəllimlərin oxyub,işləmək kimi şəraitlərinin yaxşılaşdırılmasını düşünürdü. Nəhayət, belə bir arzu Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə gerçəkləşib. 2021-ci ilin sentyabrı, yeni dərs ilində məktəbin qapıları müəllim və məktəblilərin üzünə açıldı.

Yeni tikilən məktəb binalarında tikinti işlərinin başa çatdırılması və istifadəyə verilməsi dövlətimizin, eyni zamanda Heydər Əliyev Fondunun Bərdə təhsilinə verdiyi ən böyük, çox qiymətli bir töhfədir. Buna görə də yeni tədris ilini sevinclə qarşılayanlardan biri də Bərdə şəhər 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivi,eyni zamanda direktoru olmuşdur.

Yeri gəlmişkən qəhrəman ordumuzun Suqovuşanı azad etdiyi 3 oktyabr, həm də Bərdə şəhər 3 saylı tam orta məktəbin direktoru Səfurə Hümbətovanın ad gündür.Bu gün münasibətilə həm xalqımızı, həm də Səfurə xanım Hümbətovanı ürəkdən təbrik edirik.

Media1.az