Azərbaycan-Şimali Makedoniya münasibətləri yeni inkişaf mərhələsindədir

Bu gün Azərbaycan Mərkəzi və Cənub Şərqi Avropa ölkələri ilə çox yaxşı əlaqələrə malikdir. Məhz ölkəmizim mövqelərinin güclənməsi fonunda Azərbaycanın dünya siyasət səhnəsində çəkisi və sözü xüsusi olaraq yüksək qiymətləndirilir. Azərbaycan bu gün Avropa İttifaqının üçdə biri ilə enerji təhlükəsizliyi sahəsində strateji müttəfiqliyə malikdir. Ölkəmizin Şimali Makedoniya ilə münasibətləri bu gün ən yüksək şəkildə davam edir. Nəzərə almaq lazımdır ki, Şimali Makedoniya prezidenti Qordona Davkovanın Bakıya səfəri, İlham Əliyevlə görüşdə hər iki ölkənin bundan sonrakı inkişafı ilə bağlı verdiyi açıqlamalar çox önəmli əhəmiyyətə malikdir. Eyni zamanda bundan sonra Azərbaycan və Şimali Makedoniya arasında ticari, iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini gözləyirik. Hər bir halda Azərbaycanla Şimali Makedoniya arasındakı münasibətlər çox yüksək səviyyədə inkişaf edir.
Ölkələrimiz arasında siyasi dialoq güclənir, dövlət başçılarının görüşləri bu əlaqələrin dərinləşməsinə təkan verir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi səfəri zamanı liderlərin verdiyi bəyanatlar əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. 25 iyun 1995-ci il tarixdə Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 28 iyun 1995-ci ildə qurulmuşdur. 44 günlük müharibədə qələbədən sonra Azərbaycanın dünya miqyasında mövqeyi xeyli güclənib. Dünyanın müxtəlif coğrafiyalarında Azərbaycanın alternativ və ənənəvi enerji məhsullarına maraq da artıb.
Son illər ərzində Azərbaycan dövlət başçısı Mərkəzi və Şərqi Avropa ölkələrinin əksəriyyətinə səfərlər edib. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan idmançıları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində beynəlxalq yarışlarda iştirak edərkən yüksək qonaqpərvərliklə qarşılanıblar. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Bütün bunları nəzərə alaraq əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək.Dövlətimizin başçısının haqq-ədalət uğrunda mübarizəsinin təntənəsi, yürütdüyü müstəqil siyasətin məntiqi sonluğu kimi diqqət çəkir. Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı