Azərbaycan Respublikasının mədəniyyət naziri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il 20 oktyabr tarixində saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı rayonu, Qarabağ küçəsi 17) Masallı,Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 16 oktyabr 2022-ci il tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
