29 Mart 2024

Tərtərdə Bərdə Xalq Teatrının hazırladığı “Zəfərə gedən yol” tamaşası nümayiş olunub

Tərtərdə 27 sentyabr – Anım günü münasibəti ilə Bərdə Xalq Teatrının hazırladığı “Zəfərə gedən yol” tamaşası nümayiş olunub.

Tamaşanın nümayişində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri və qazilər, mədəniyyət, təhsil işçiləri və rayon ictimayəti iştirak edib.

Rejissor Mehman Quliyevin quruluş verdiyi tamaşanın əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin daha da artırılması, təbliğ olunması, insanların teatr sahəsinə olan marağını artımaqdır.

Təsirli epizotlar ilə yadda qalan tamaşa  izləyiciləri kövrəltsə də aktyorların çıxışları zalda əyləşən izləyicilərin alqışları ilə sona çatıb.

Tamaşadan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elvin Umudlu vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar azrulayıb.