Azərbaycan Qırğızıstan münasibətləri dərin köklərə söykənən münasibətdi.

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə sahibdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə töhfələr verir.
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri bir daha onu göstərdi ki, dövlət başçımız dünya səviyyəsində balanslaşdırılmış xarici siyasət həyata keçirir. Aparılan uğurlu xarici siyasət Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb, beynəlxalq birliyin ən etibarlı və layiqli tərəfdaşına çevirib.
Azərbaycan və Qırğızıstan prezidentlərinin 20 aprel 2022-ci il tarixdə baş tutan görüşündə respublikalar arasında nəqliyyat infrastrukturu və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub. Regional mövzulara dair fikir mübadiləsi aparılıb. Ümumiyyətlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələrinə dair danışıqlar aparılıb.
Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Aparılan danışıq və imzalanan bütün sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qalxacaq, ölkələr arasındakı qardaşlıq və dostluq əlaqələri daha da möhkəmlənəcək.
Həsən Şirinov
YAP Goranboy rayon təşkilatının əməkdaşı.