23 Dekabr 2024

Azərbaycan millisi Maltaya məğlub oldu – VİDEO

Futbol üzrə Azərbaycan millisi 2022-ci ildə ilk oyununu keçirib.

Canni De Byazinin baş məşqçi olduğu komanda yoldaşlıq matçında Malta seçməsi ilə üz-üzə gəlib.

Ta Qali şəhərindəki Milli Stadionda olnanılan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Meydan sahiblərinin kapitanı Andrey Aciusun komandada sonuncu matçına çıxıb. Azərbaycanla görüş təcrübəli müdafiəçinin yığmada 103-cü oyunu olub.

Qarşılaşma rəqibin üstünlüyü ilə başlayıb. 8-ci dəqiqədə Aciusun zərbəsindən sonra qapıçı Səlahət Ağayev qola mane olub. 36 yaşlı müdafiəçi 25-ci dəqiqədə cərimə zərbəsindən topu qapının üstündən vurub. Maltanın ilk hissədə ən real qol vəziyyəti 45+1-ci dəqiqəyə təsadüf edib. Yurge Deqabrielenin zərbəsindən sonra top dirəyə dəyib.

Azərbaycan yığması ikinci yarıya daha yaxşı start verib. 51-ci dəqiqədə Ramil Şeydayevin zərbəsindən sonra müdafiəçiyə dəyən top qapının yanından keçib. Bir dəqiqə sonra isə Aleksey İsayevin başla fərqlənməsinə qapıçı Anri Bonello icazə verməyib. 54-cü dəqiqədə Eddi İsrafilovun cərimə meydançasının kənarından endirdiyi zərbə təhlükəli alınsa da, çərçivəyə düşməyib. Əvəzində 55-ci dəqiqədə Yurge Deqabriele komandasını hesabda önə keçirib.

64-cü dəqiqədə Rüstəm Əhmədzadə Emin Mahmudovun, Bədavi Hüseynov Aleksey İsayevin, Dmitri Nazarov isə Abbas Hüseynovun yerinə meydana daxil olub.

67-ci dəqiqədə Lyuk Montebello Səlahət Ağayevlə təkbətək çıxsa da, top qapının yanından keçib.

Yığmanın kapitanı Maksim Medvedev epizodların birində zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana 76-cı dəqiqədə Renat Dadaşov daxil olub. Toral Bayramov isə Filip Ozobiçi əvəzləyib. 3 dəqiqə sonra Ramil Şeydayev yerini Amin Seydiyevə verib. 85-ci dəqiqədə Renat Dadaşovun başla zərbəsindən sonra top qapının üstündən keçib.

Qeyd edək ki, Azərbaycan millisi martın 29-da eyni arenada Latviya seçməsi ilə üz-üzə gələcək.https://player.baku.tv/embed/52032