Azərbaycan lideri Berlində Almaniya Kansleri ilə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində görüşəcək.
“Report” xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Steffen Hebenstreit jurnalistlərə açıqlamasında bildirib.
“İkitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji məsələləri müzakirə olunacaq”, – o qeyd edib.