Azərbaycan FHN-in qüvvələri Türkiyədə yanğınsöndürmə işlərinə başlayıb – HADİSƏ YERİNDƏN – FOTO – VİDEO FOTO

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Türkiyəyə yola düşmüş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ilk qrup qardaş ölkəyə çatıb.
APA-nın Türkiyəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, Azərbaycandan gedən FHN-in 100 nəfər əməkdaşı artıq yanğınla mübarizəyə cəlb olunub.
Qeyd edək ki, hazırda ölkənin 11 yerində yanğınla mübarizə davam edir.
Xatırladaq ki, APA-nın çəkiliş qrupu hadisə yerindədir.