23 Dekabr 2024

Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır

Azərbaycanın idman ölkəsi kimi nailiyyətləri  son illər beynəlxalq ictimaiyyətin marağına səbəb olmaqdadır.Ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğurlara imza atan idman heyəti Azərbaycan xalqının sağlam mənəvi-fiziki  və  əqli təfəkkürünü ardıcıl qələbələrlə dünyaya sübut etməkdədir.Bu Azərbaycan dövlətinin mütərəqqi strateji siyasi xəttinin əsasını təşkil edən xalqın bütün sahələrdəki potensial imkanlarının üzə cıxarılmasına yönəlmiş siyasətinin bilavasitə nəticəsidir.

Mart ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstanda kecirilən güləş üzrə 7-ci Avropa Çempionatının iştirakcıları ilə görüşü ölkəmizin idman sahəsində tarixi nailiyyətlərinin  daha bir təntənəsi kimi yüksək qiymətə layiq olduğunun təzahürüdür.Bu yarışda Azərbaycan idmancılarının  16 medal  7-si qızıl olmaqla birinci yerə layiq görülməsi,həm də dövlətimizin  malik olduğu qüdrətinin nümayişidir.Ölkəmizin dövlət himninin beynəlxalq yarışda yeddi dəfə səsləndirilməsi kimi diqqətin xalqımızın ümummilli qürur hissi kimi qarşılanması bilavasitə dövlətçilik şüurunun formalaşması yolunda əldə etdiyimiz nailiyyətlərdən xəbər verir. Çünki yarışda iştirak etmiş dünyanın 34 ölkəsinin icərisində Azərbaycan idmançılarının birinci yeri tutması cox böyük tarixi nailiyyətdir.Bu nailiyyətlər həm də sübut edir ki,Azərbaycanda idman sahəsinin prioritet istiqamət kimi infrastrukturu çox mükəmməl qurulub və hər bölgəmizdə zamanında Olimpiya İdman Komplekslərinin müasir tələblərə uyğun şəkildə yaradılması,istifadəyə verilməsi  sağlam,fiziki,əqli və mənəvi cəhətdən yetişmiş böyük bir idman ordusu yaratmışdır.

Qələbələrimiz də göstərdi ki,Azərbaycan idmanının öz ənənələri və zəngin tarixi təcrübəsi vardır.Bütün idman növləri ilə yanaşı güləşin milli idmanımızda özünəməxsus yeri  vardır.Əgər biz milli idman tariximizə nəzər salsaq bu sahədə Azərbaycanda tarixən böyük bir məktəbin olması diqqəti cəkir.Odur ki,Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qayğısı ilə dövlət siyasətinin tərkib hissəsi olaraq gənc nəslə bu ənənəni davam və daha da inkişaf etdirmək ücün çox böyük imkanlar yaradılmışdır.

2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın milli maraqlarının və uğularının əldə olunması yolunda idmanın roluna dair xüsusi konsepsiyası və bu yolda cox gərgin mübarizəsi onu gösrtərdi ki,dövlət başcısı idmanın Azərbaycan xalqının dünyada özünütəsdiqinin çox mühüm amili olduğunu zamanında qiymətləndirmiş və onu dövlət siyasətinə çevirməklə,həm də  uzaq siyasi diplomatik hədəfləri fəth etməyə nail olmuşdur.

Cənab Prezident İlham Əliyevin tarixi nitqləri fikirlərimizin əsaslı olduğunu sübut edir. “Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyyə edilməsində  idman amili cox böyük  rol oynayır. Gənclərdə vətənpərvərlik ruhu çox yüksək olmalıdır.Bu hisslər Vətən müharibəsində  əsas rol oynadı.30 ilə yaxın  beynəlxalq arenalarda istər idman istərsə də  digər siyasi arenalarda  Azərbaycan məğlub edilmiş  ölkə kimi təmsil olunurdu.Həqiqəti  etiraf etmək,həqiqəti olduğu kimi bilməli və deməliyik ki,bu məğlubiyyətin səbəbləri  o vaxtkı antimilli  hakimiyyətin  xəyanətkarlığı,ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bu amillər məğlubiyyəti şərtləndirmişdir.Bu günün idmançıları  beynəlxalq yarışlarda  artıq qalib gəlmiş  müzəffər xalqı təmsil edirlər.Beynəlxalq yarışlarda iştirak edən  bütün idmançıların ürəyində mütləq bu duyğular olmalıdır”. Cənab Prezidentin tarixi nitqi Azərbaycan idmançılarının qələbə ruhu ilə hər zaman qalibiyyət uğrunda mübarizəsini şərtləndirən vacib tövsiyyədir.Eyni zamanda rəqiblərə,xalqımıza qarşı ədalətsiz mövqe tutanlara qarşı həmişə prinsipal olmaq bizim qarşımızda vacib amaldır.Dövlət başcısı görüşdə hamımızın qarşısında duran daha şərəfli işin üzərində dayandığını bildirərək  işğaldan azad olunmuş ərazilərimizdə də idmanın inkişafına xüsusi diqqət ayrıldığını bildirdi.İnanırıq ki,Azərbaycan dövlətinin strateji xətti hər birimizin Vətən təəssübkeşliyi ilə,dövlət başcısının ətrafında sıx birləşməklə  bütün sahələrdə bundan sonrakı böyük inkişafın və qələbələrimizin avanqardına cevriləcəkdir.

Cavid Mustafayev – Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.