Azay Quliyev seçicilərilə görüşdü, problemlərin həllinə dair qərarlar verildi
Bu gün deputat Azay Quliyev 7-ci mikrorayon, Kunanbayev küçəsi, 1, 2, 3, 5v, 5/13, 9, 9a, 9/25, 18a, 24, 60/30, 62, 64/11 saylı binaların həyətində seçiciləri ilə görüş keçirib.
Seçicilər onları narahat edən məsələləri deputatın diqqətinə çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.
Abay Kunanbayev küçəsi, 2 və 3 saylı binanın sakinləri onların bir müddət əvvəl binalarının həyətinin asfaltlanması ilə bağlı qaldırdıqları məsələni müvafiq qurumların köməyi ilə həll etdiyinə görə deputata minnətdarlıqların bildirdilər. Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.
Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak edib.
Musavat.com