08 Sentyabr 2024

Azay Quliyev seçicilərilə görüş keçirib

Bu gün deputat Azay Quliyev 7-ci mikrorayon, Fərman Məlikov küçəsi, 1, 1q, 1b, 1v, 2a, 2b, və 3a, 3b, 3v saylı binaların həyətində seçiciləri ilə görüş keçirib.

Görüşdə iştirak edən seçicilər pensiya təyinatı, ekologiya məsələləri, liftlərin yenilənməsi, ağacların budanması və digər məsələlərlə bağlı deputata müraciətlərini çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak edib