Azərbaycanda son sutkada 140 nəfər COVID-19-dan sağalıb, 128 nəfər yoluxub, 2 nəfər vəfat edib
14 Fevral 2021
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.