23 Dekabr 2024

Azərbaycan güləşçisi səkkizinci dəfə Avropa çempionu olmaq üçün xalçaya çıxır

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında bu gün qadın idmançıların mübarizəsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk gündə üçqat Olimpiya mükafatçısı, ikiqat dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik də mübarizəyə qoşulacaq. Bu, Ukrayna əsilli idmançımızın 2021-ci ildə ilk yarışı olacaq.

50 kq
1/4 final: Mariya Stadnik – Yekaterina Poleşçuk (Rusiya)

68 kq
1/8 final: Elis Manolova – Tindra Xöberi (İsveç)

76 kq
1/4 final: Səbirə Əliyeva – Epp Mae (Estoniya)

Qeyd edək ki, bu gün sərbəst güləşçilərimizdən Əhmədnəbi Qvarzatilovun (61 kq), Hacımurad Məhəmmədsəidovun (86 kq) və Osman Nurməhəmmədovun (92 kq) bürünc medal qazanmaq şansı var.