23 Dekabr 2024

Azərbaycan Gimnastika Federasiyasının fəxri prezidenti məlum oldu

Nurlana Məmmədzadə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi vəzifəsinə təyin olunub.

“Report” xəbər verir ki, bu barədə AGF-in İcra Komitəsinin sayca 37-ci iclasında qərar qəbul olunub.

Federasiyanın İntizam Komitəsinin üzvləri Nazim Rəcəbov və Aytac Qasımova müvafiq olaraq həmin komissiyanın sədri və üzvlüyünə yenidən təyinat alıblar. Namiq Əliyevin isə ilk dəfə olaraq həmin komissiyanın üzvü olması qərara alınıb.

Elşad Nərimanov AGF-nin Veteranlar Şurasının sədri seçilib. Uzun illər həmin şuranın sədri olmuş Arif Quliyev isə fəxri prezident seçilib.