22 Dekabr 2024

Avropada ənənəvi yanacaqlardan enerji istehsalı kəskin azaldı

Bu ilin birinci yarısında Avropa İttifaqında faydalı qazıntılardan(qaz, mazut, daş kömür, torf , uran və sair) elektrik enerjisi istehsalı 2000-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Musavat.com Böyük Britaniyanın “Ember” analitik mərkəzinin hesabatına istinadən xəbər verir ki, yanvar-iyunda Avropa İttifaqında faydalı qazıntılardan elektrik enerjisi istehsalı 410 Tvsaat təşkil edib.

Hesabatda qeyd olunur ki, azalma ən çox Avstriya, Bolqarıstan, Portuqaliya, Finlandiya və Estoniyada qeydə alınıb.

Faydalı qazıntılardan elektrik enerjisinin istehsalının azalması onun bərpa olunan mənbələrdən istehsalının artması ilə müşayiət olunur. Belə ki, birinci yarımillikdə Avropa İttifaqında günəş batareyalarından elektrik enerjisi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz, külək qurğularından istehsal isə 4,8 faiz artıb.