08 Avqust 2025

“Avropa yoxdursa, Azərbaycana gedəcəyik” – Rusiyalı ekspert

“Avropa yoxdursa, Azərbaycan və Türkiyəyə gedəcəyik”.

Media1.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Rusiyalılara Şengen vizalarının qadağan edilməsi təklifi Avropa Birliyində müzakirəyə çıxarılıb. Türkiyə və Azərbaycana, Çin və Taylanda səfər edəcəyik”, – ekspert bildirib.

Korotçenko Rusiyanın Zəngəzur dəhlizi məsələsinə münasibətinə də toxunub:

“Rusiya Federasiyasının Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı mövqeyi belədir: orada heç bir erməni sərhədçisi və erməni gömrükçüsü olmamalıdır. Yalnız Rusiya Federal Təhlükəsizlik Bürosunun (FSB) Sərhəd Xidməti olmalıdır”.