Avropa Liqasında finalçılar müəyyənləşir
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Qol.az xəbər verir ki, ilk matçda “Arsenal”ı evdə məğlub edən “Vilyarreal” bu dəfə İngiltərədə qüvvəsini sınayacaq.
“Mançester Yunayted” isə 6:2 hesabı ilə qalib gəldiyi “Roma” ilə İtaliyada qarşılaşacaq.
UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları
23:00. “Arsenal” (İngiltərə) – “Vilyarreal” (İspaniya)
İlk oyun – 1:2
23:00. “Roma” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə)
İlk oyun – 2:6