22 Noyabr 2024

Avropa çempionatı: Rafael Ağayev 1/4 finalda uduzdu

Azərbaycan karateçisi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

Media1.az “Report”a istinadən xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 75 kq çəki dərəcəsində çıxış edən 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda kiprli Panayiotis Loizidesi, ardınca isə slovakiyalı David Podsklanı məğlub edib.

Lakin o, 1/4 finalda Bosniya və Herseqovina idmançısına uduzub.