23 Dekabr 2024

AVRO-2020: Bakıya gələcək ikinci yığma müəyyənləşir

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

“Report”un məlumatına görə, ikinci oyun günündə də 2 qarşılaşma gerçəkləşəcək.

Günün ilk matçı Niderland və Çexiya yığmaları arasında olacaq. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək. Bu cütün qalibi 1/4 final matçını Bakıda Danimarkaya qarşı keçirəcək.

Günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində “Estadio La Cartuja” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.

27 iyun

Avropa çempionatı

1/8 final mərhələsi

20:00. Niderland – Çexiya

Baş hakim: Sergey Karasev (Rusiya)

Budapeşt. “Puşkaş Arena”

23:00. Beçika – Portuqaliya

Baş hakim: Feliks Brix (Almaniya)

Sevilya. “Estadio La Cartuja”

Qeyd edək ki, Bakıdakı 1/4 final oyunu iyulun 3-də keçiriləcək. AVRO-2020 iyulun 11-də başa çatacaq. Danimarka 1/8 finalda Uelsi darmadağın edib – 4:0.