21 İyun 2025

“ASAN xidmət” “YAŞAT” Fonduna növbəti dəfə ianə edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) “YAŞAT” Fonduna 100 min manat məbləğində vəsait ianə edib.

Bu barədə “İki sahil”ə agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xatırladaq ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.