22 Dekabr 2024

Artıq cəsədlər basdırılmır, gübrəyə çevrilir – Dünya şokda

Nyu York ştatı cəsədləri gübrəyə çevirmək qərarı verib. Gübrələmə tərəfdarları bunun ekoloji cəhətdən təmiz bir üsul olduğunu və bir çox şəhərlərdə qəbiristanlıq problemini də həll edəcəyini iddia edirlər.

Teleqraf.com xəbər verir ki, bu, Nyu Yorkda öldükdən sonra bədənlərini torpağa çevirmək istəyənlər üçün mümkün olacaq.

Bu üsul tabutun dəfni və kremasiyası ilə müqayisədə ekoloji cəhətdən daha təmiz hesab olunur.

2019-cu ildə Vaşinqton bu təcrübəyə icazə verən ilk ABŞ ştatı oldu.

Gübrələmə meyitləri yonca və ot olan taxtda qabda təxminən bir ay saxlamaqla həyata keçirilir. Meyitləri komposta çevirən mikrobların fəaliyyətidir. Meyitlər kompostlandıqdan sonra hər hansı çirklənmənin qarşısını almaq üçün qızdırılır və yaranan torpaq ölənlərin yaxınlarına verilir.

ABŞ-da yerləşən Recompose şirkəti bildirir ki, bu xidmət dəfn və ya kremasiyadan təxminən 1 ton az karbon buraxır. Gübrə tərəfdarları bir çox şəhərlərdə qəbiristanlıq qıtlığının olduğunu və bu üsulun da bu problemin həlli olacağını iddia edirlər.

Digər tərəfdən, bu torpağın etik problem yaratdığını düşünənlər də var. Nyu Yorkdakı katolik yepiskoplarının buna qarşı olduqları və insan cəsədlərini “məişət tullantıları” hesab etməyin düzgün olmadığı bildirilir.

Bu prosesin xərcinin 7 min dollara yaxın olduğu düşünülür.

Tətbiqi həyata keçirən Recompose şirkəti 2021-ci ildə orta dəfn haqqının 7848, kremasiya haqqının isə 6971 olduğunu nəzərə alsaq, bunun yüksək xidmət olmadığını bildirir.