Ararat Mirzoyan MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək
08 Aprel 2024
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.