AMEA: Mərkəzi Nəbatat Bağının binasının təmirinə hazırlıq gedir

Qəzalı vəziyyətdə olan Mərkəzi Nəbatat Bağının binasının təmiri ilə bağlı hazırlıqlar gedir.
Bunu “İki sahil”ə AMEA-nın Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva deyib.
O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçiriblər. Qeyd edək ki, binanın qəzalı vəziyyətə düşməsi səbəbindən işçilər martın 10-dan 28-ə qədər evdən işləyirdilər. Artıq onlar da işə qayıdıblar:
“Qərara alınıb ki, işçilər üçün binada işləmək heç bir təhlükə yaratmır. Buna görə də bütün işçilər artıq işə qayıdıblar”, – A.Balayeva deyib.