Amazon meşələrinin üçdə biri sıradan çıxıb – Yerin “ağciyərlərini” kim məhv edir?
Britaniyalı alimlərin apardığı tədqiqat göstərir ki, Amazon meşələrinin üçdə birindən çoxu insan fəaliyyəti nəticəsində məhv olub.
Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Şərqi İngiltərə və Lancaster Universitetinin alimləri Amazonda Yerin “ağciyərlərinin” demək olar ki, 40 faizinin təsirləndiyini müəyyən ediblər.
Alimlər bunu deqradasiya adlandırırlar. Onlara görə, buna səbəb meşələrin qırılması, yanğınlar, yolların genişləndirilməsi, faydalı qazıntıların çıxarılması kimi, insan fəaliyyətini əhatə edən proseslərdir.
“Təsirlər əvvəllər düşünüldüyündən qat-qat çoxdur”, – tədqiqatçılar deyir.
Qeyd edək ki, yeni araşdırma Braziliyanın yeni prezidenti Luiz İnasio Lula da Silvanın təyinatından sonra aparılır. O, Yerin “yaşıl ağciyərlərini” daha yaxşı qoruyacağını vəd edib.
Məlum olduğu kimi, Amazon 5,4 kvadrat kilometr ərazini tutur və səkkiz ölkədə yerləşir – Braziliya, Boliviya, Peru, Ekvador, Kolumbiya, Venesuela, Qayana, Surinam. Eyni zamanda, onun böyük hissəsi Braziliya sərhədləri daxilindədir. Peyk məlumatlarına əsasən məlum olur ki, Amazonda Yer kürəsinin “ağciyərləri” bir neçə əsas amil səbəbindən deqradasiyaya uğrayır – meşə yanğınları, şiddətli quraqlıq, bitişik ərazilərdə baş verən dəyişikliklər.