Almaniyada yaşayan Əmrəli Sərdari-İrəvani Bərdədə qonaq oldu

Qacarlar nəslinin nümayəndəsi Almaniyada yaşayan Əmrəli Sərdari-İrəvani Bərdədə qonaq olub.
Media1.az-ın məlumatına görə qonaq Bərdənin qədim tarixi yerlərində olub. İmamzadə ziyarətgahını və Bəhmən Mirzə türbəsini ziyarət edib.
Onu da qeyd edək ki, Oğuz tayfalarının Bayat boyundan olan Qacarlar nəsli Səfəvi sülaləsinin hakimiyyətə gəlməsində mühüm rol oynayan yeddi qızılbaş tayfasından biri olub.
Media1.az



