24 İyun 2024

Ağstafanın Pirili və Kolxəlfəli kəndlərində 15 iyun – Milli Qrutuluş Günü münasibətilə tədbir keçirilib

Ağstafada 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir.

06 iyun 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Pirili kənd” və “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatlarının iştirakı ilə 15 iyun – Milli Qrutuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan partiya fəalı Nadir Səttarov bildirib ki, Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ulu öndər Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. Azərbaycan yalnız Heydər Əliyevin qayıdışından sonra özünün geosiyasi imkanlarını uğurla gerçəkləşdirdi. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünyada özünə layiqli yer qazandı.

Daha sonra çıxış edən natiqlər – Pirili kənd tam orta məktəbin müəllimi Zeynəb Səmədova, YAP Ağstafa rayon təşkilatının əməkdaşları Əfqan Qasımov və Yunis Eyyubov geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, illər ötəcək, nəsillər dəyişəcək, amma müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaq. Çünki dahi öndər Heydər Əliyevin adı və əməlləri Azərbaycanın özü qədər əbədidir. Dövlətçiliyimizin bərqərar edilməsində və nailiyyətlərimizdə müstəsna xidmətlərin ilkin səhifəsi olan 15 iyun – Milli Qurtuluş Günü də Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib və şərəfli gün kimi xalqımız tərəfindən daim ən yüksək səviyyədə qeyd olunacaq.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.