21 Dekabr 2024

Ağstafada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir

29 aprel 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Qarayazı DTQ” və “Meşə idarəsi” Ərazi Partiya Təşkilatlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Qarayazı DTQ” Ərazi Partiya Təşkilatının sədri Vüqar Tağıyev bildirib ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının sədr müavini Canpolad Yusifov,  “Qarayazı DTQ” Ərazi Partiya Təşkilatının fəal üzvü Elxan Bayramov,  və “Meşə idarəsi” Ərazi Partiya Təşkilatının fəal üzvü Elşən Orucov və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır. Dahi şəxsiyyət canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycan bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev dühasının bəhrəsidir. Biz çox xoşbəxtik ki, qismətimizə Onun kimi dahi və nadir şəxsiyyətlə, qüdrətli lider və dövlət rəhbəri ilə eyni dövrdə yaşamaq səadəti düşmüşdür. Bu gün təkcə xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər, tarixçilər və politoloqlar Ümummilli Liderimiz Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin həqiqi memarı və yaradıcısı sayır. XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsidir. Heydər Əliyev şəxsiyyətinin və siyasi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi, adının bəşər tarixində əbədi iz qoymuş dövlət xadimləri ilə bir sırada çəkilməsi bizim üçün hədsiz qürur və iftixar mənbəyidir. Ulu Öndərimizin xalqımızın və dövlətimizin tarixində, taleyində təkrarolunmaz rolu bizə haqq verir ki, Onu Azərbaycanın bütün dövrlərdə yetişdirdiyi şəxsiyyətlərin ən ucası adlandıraq