Ağstafada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir
01 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Dağ Kəsəmən kənd” Ərazi Partiya Təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Dağ Kəsəmən kənd” Ərazi Partiya Təşkilatının fəal üzvü Ənvər Mustafayev bildirib ki, müasir müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tarixində yeri və rolu tarixçilər, politoqlar tərəfindən uzun illər araşdırılacaq, öyrəniləcək, dəyərləndiriləcəkdir. Heydər Əliyev xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtararaq xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirmişdir. Bu gün biz dəqiqliklə deyə bilərik ki, əgər Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycan dövləti də olmayacaqdı, nəinki müstəqil qüdrətli dövlət yaratmaq bizə nəsib olacaqdı, hətta ola bilərdi ki, indiki müstəqilliyimiz və ərazimiz çərçivəsində yaşamağımız da böyük sual altında olacaqdı. Heydər Əliyev böyük dövlət xadimi, xarizmatik şəxsiyyət idi. Onun ən böyük arzusu canından artıq sevdiyi doğma xalqına müstəqil, güclü dövlət yaratmaq, bu xalqı xoşbəxt görmək idi. O sanki Azərbaycana xilaskar olaraq göndərilmişdi və xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtarmışdır. Heydər Əliyev dünyaya sübut etdi ki, vəzifəsindən, zamanından, yaşından asılı olmayaraq, harada işləməsinə baxmayaraq hər bir insan öz xalqına ləyaqətlə xidmət edə bilər.
Daha sonra çıxış edən natiqlər –YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev, Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbin müəllimi Fatma Ayralova və Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbin direktor müavini Ülviyyə Kərimova geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən, Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək. Yəni qürurla deyə bilərik ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinə olacaq.