AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FƏRRUX ABBASOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

17 iyul 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Abbasov Fərrux Azər oğlunun doğum günü münasibətilə Zəlimxan kənd qəbirstanlığında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun





