22 Dekabr 2024

Agentlik bu tarixdə qrant müsabiqəsi elan edəcək

Oktyabr ayında müsabiqə elanlarının olması gözlənilir. 2 ay müddətində layihələrin qəbulunun davam etdirilməsi, dekabrda isə layihələrin ekspertizasına başlanması nəzərdə tutulur.

QHT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva məlumat verib: “2024-cü ilin ilk rübündə isə qrant müsabiqələrinin nəticələrinin elan edilməsi planlaşdırılır. Bu o deməkdir ki, QHT-lər müsabiqələrə hazırlaşmaq üçün çox vaxt qazanırlar, bunu təqdim edilən layihələrin keyfiyyətində görmək arzusundayıq. Müsabiqəyə təqdim olunmuş layihələrin ekspertizası 3 mərhələdə aparılacaq: layihələrin texniki ekspertizası, layihələrin cəlb olunmuş müstəqil ekspert qrupu tərəfindən ekspertizası, layihələrin qiymətləndirilməsi və aidiyyəti qərarların qəbul edilməsi. Bu ekspertiza prosesi bütün mərhələlər üzrə çox ciddi aparılacaq. Əvvəl maliyyələşdirilmiş eyni məzmunlu layihələr olduğu aşkar olunsa, həmin layihələr dərhal müsabiqədən kənarlaşdırılacaq. Texniki ekspertizadan keçən layihələrə müstəqil ekspert qrupu baxacaq. Onların rəyini nəzərə almaqla, layihələrə Agentliyin Müşahidə Şurası kollegial əsasda baxacaq və qalibləri müəyyənləşdirəcək. Bütün proses Qaydalara uyğun olaraq tam şəffaf olacaq. QHT-lərin nəticələrdən narazılığı olarsa, buna Apellyasiya Komissiyası baxacaq. Əgər QHT təqdim etdiyi layihə barədə Apellyasiya Komissiyasının da qərarından narazı olarsa, məsələyə məhkəmə qaydasında baxılacaq”.