Ağdaş və Yevlaxda ictimai vəkillik kampaniyası təşkil edilib

USAİD-in maliyyə, FHİ 360, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, MG Konsulting MMC-nin təşkilatçılığı ilə “Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Radioaktiv Şüaalanmadan Zərərçəkmişlərin Müdafiəsi İctimai Birliyiynin “Yerli icmalarda Dayanıqlı İnkişaf Məqsədlərinin ictimai vəkillik kampaniyasının təşkili”adlı layihə icra edir.
Qarşıya qoyulan məqsəd Agdaş və Yevlax rayonlarında kənd icmalarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün ictimai vəkillik kampaniyası təşkil etməkdən ibarətdir
Diqqət mərkəzində olan insanların gündəlik həyatına təsir edən müəyyən edilmiş problemlərin araşdırmaq üçün ikisi Yevlaxda və ikisi Ağdaşda olmaqla dörd seçilmiş kəndin hər birindən 25 nəfər olmaqla 100 respondent arasında üzbəüz sorgular aparılmışdır.
Layihə çərçivəsində əhali arasında rəy sorğularının keçirilməsi,sorğu iştirakçılarına ECSOFT layihəsi e-nəzarət onlayn vasitə ilə şahidi olduqları hər hansı bir problemi ora yükləmələri tövsiyyə olunmuşdur.




