08 Sentyabr 2024

Ağdamda Əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun yubileyi qeyd edilib

Ağdam Muğam Mərkəzində “Azərbaycan Bayrağı” ordenli Əməkdar jurnalist, “Ağdam” qəzetinin redaktoru, “Qızıl qələm” və “Vətən” media mükafatları laureatı Baxşeyiş Abbasoğlunun 60 illik yubileyi qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Baxşeyiş Abbasoğlunun həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edənlər yubilyarın şərəfli döyüş yolundan və mətbuat sahəsindəki xidmətlərindən danışıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Tədbirdə Baxşeyiş Abbasoğluya ünvanlanmış təbrik məktubları oxunub, müəllifi olduğu şeirlər səsləndirilib.

Yubilyar rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

Sonda Əməkdar jurnalist Baxşeyiş Abbasoğlu tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.