22 Dekabr 2024

ABŞ Qarabağdakı qondarma “prezident seçkiləri”ni tanımadı

ABŞ Qarabağı müstəqil və suveren ölkə kimi tanımır.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Mille mətbuat üçün brifinqində deyib.

“Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq və eyni zamanda burada keçirilən qondarma “prezident seçkiləri”ni tanımırıq” – Mille vurğulayıb.