23 Dekabr 2024

ABŞ müsadirə etdiyi İran silahlarını Ukraynaya verir

Pentaqon Yəmənin İran tərəfindən dəstəklənən husi döyüşçüləri üçün nəzərdə tutulmuş bir neçə min atıcı silahı, bir milyondan çox patron və digər silahları Ukraynaya təhvil verməyi nəzərdən keçirir.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Söhbət 5 mindən çox avtomat və pulemyotdan, bir milyon yarım patrondan, tank əleyhinə raketlərdən və zenit raketlərində istifadə olunan 7 mindən çox radioqoruyucudan gedir. Bu silahlar son aylarda ABŞ və Fransa gəmilərinin Yəmənin sahil sularında patrul növbəsi zamanı qaçaqmalçılardan ələ keçirilib.

Lakin burada ciddi problem ortaya çıxıb. Belə ki, BMT-nin Yəmənə tətbiq etdiyi silah embarqosunun şərtlərinə görə, müsadirə olunan silahlar məhv edilməlidir və digər hərbi münaqişələrdə istifadə edilməməlidir.

Bu səbəbdən hüquqşünaslar Ağ Evə qanunu “dolayı yolla keçməyi” təklif edirlər. Onlara görə ABŞ hökuməti qaçaqmalçılıq fəaliyyət ilə məşğul olan insanlara və ya təşkilatlara məxsus aktivləri müsadirə etmək hüququna malikdir. Amma bunun üçün prezidentin fərmanı və ya Konqresin xüsusi qərarı tələb olunacaq.

Müsadirə edilən silahların miqdarı az olsa da, ABŞ rəsmiləri İran silahlarının Ukraynaya ötürülməsinin simvolik əhəmiyyətini qeyd edirlər. Onlara görə, bundan sonra husilər üçün nəzərdə tutulan İran silahlarının Ukrayna ötürülməsi proseduru asanlaşacaq.