22 Dekabr 2024

ABŞ Konqresi bu həftə Ukraynaya hərbi yardım layihəsini müzakirə edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatası yeni başlayacaq həftə Amerikanın Ukraynaya əlavə yardımı üçün vəsaitin ayrılmasına dair qanun layihəsinə baxacaq.

Musavat.com xəbnər verir ki, bunu Nümayəndələr Palatasının Kəşfiyyat üzrə xüsusi komitəsinin sədri Mayk Törner (Ohayodan olan respublikaçı) deyib.

NBC telekanalında müxbirin gələn həftə səsvermə olub-olmayacağı ilə bağlı sualına konqresmen “Bəli, gözləyirəm” deyib: “Birləşmiş Ştatlar addım atmalı və Ukraynaya ehtiyacı olan silahları verməlidir. Düşünürəm ki, bu həftə Nümayəndələr Palatasında bunun üçün böyük dəstək görəcəyik”.

Qeyd edək ki, ABŞ administrasiyası daha əvvəl Konqresə oktyabrın 1-də ABŞ-da başlayan 2024-cü maliyyə ilində ilk növbədə İsrail və Ukraynaya kömək etmək, habelə Asiya-Sakit okean regionunda Çin və Rusiyaya qarşı mübarizə məqsədilə əlavə büdcə ayırmaları üçün layihə göndərib. Ümumilikdə, Ağ Ev bu məqsədlər üçün təxminən 106 milyard dollar almaq istəyir.